Limon dilimlərini sonradan istifadə etmək üçün soyuducuda saxlayırıq. Lakin limonu yarıya bölüb soyuducuda saxlamağımız bəzi zərərlər gətirir. 

 Foodinfo.az xəbər verir ki, limon ümumi sağlamlığımız üçün bizə bir sıra faydalar təklif edən kiçik bir müalicə anbarıdır. Limonun ən məşhur faydaları arasında C vitamininin əla mənbəyi olmasıdır.

 Limon immunitet sistemini gücləndirir, həzm sisteminə, qidanın tez parçalanmasına kömək edir. Bundan əlavə, limon dəri və ağız sağlamlığı üçün möcüzələr yaradan faydalarla doludur.

Bu meyvədən müxtəlif yollarla istifadə edilə bilər. Bəzən yeməklərdə, şorbalarda və ya salatlarda istifadə etmək üçün kəsdiyimiz limon çox ola bilər. Buna görə də qalan limon dilimlərini konservasiya üçün soyuducuya qoyuruq. Ancaq dilimlənmiş limonların bu şəkildə saxlanması sağlamlığımız üçün təhlükə yaradır. 

 Limonu yarıya bölmək, soyuducuda saxlamaq və sonra istehlak etmək sinir və həzm sisteminə mənfi təsir edərək onun pisləşməsinə səbəb olur. Bu səbəbdən kəsilmiş limonu 1 gecə də olsa soyuducuda saxlamayın. Kəsilmiş limonu soyuducuda saxlamaq istəyirsinizsə, üzərinə duz səpib streçlə sarıyın. Və ya dilimlənmiş ucunu diş çubuğu ilə qalan limona bərkidə də bilərsiniz.