
Ananas suyu həm vitamin, həm də minerallar baxımından zəngin olması ilə sağlamlığa bir çox müsbət təsir göstərir.
Xüsusilə C vitamini və antioksidantlarla zəngin olan bu içki immunitet sistemini gücləndirir və orqanizmi infeksiyalardan qoruyur.
Foodinfo.az xəbər verir ki, ananas suyunun tərkibindəki bromelin fermenti həzm prosesini asanlaşdırır, şişkinliyi və iltihabı azaldır. Bu xüsusiyyəti ilə həm mədə-bağırsaq sağlamlığına, həm də oynaq ağrılarına müsbət təsir göstərir.
Qidalanma mütəxəssisləri qeyd edirlər ki, ananas suyu ürək-damar sistemi üçün də faydalıdır. O, qan dövranını yaxşılaşdırır, xolesterinin normallaşmasına və damarların sağlam qalmasına kömək edir.
Ananas suyunun yüksək antioksidant tərkibi bədəni sərbəst radikallardan qoruyur, dərinin daha gənc və sağlam görünməsinə dəstək olur.
Bundan əlavə, bu içkinin metabolizmi sürətləndirməsi arıqlamaq istəyənlər üçün faydalı hesab olunur.
Ananas suyu təbii olaraq şəkərli olduğundan onu ölçülü şəkildə istehlak etmək vacibdir. Xüsusilə şəkərli diabeti olan şəxslər diqqətli olmalıdırlar.