
Son illərdə bəzi insanlar maya ilə bişirilən çörəyin sağlamlığa mənfi təsir etdiyini düşünürlər. Lakin alimlər bu fikrin elmi əsasının olmadığını bildirirlər. Foodinfo.az xəbər verir ki, biotexnologiya və sənaye əczaçılığı üzrə mütəxəssis, elmlər namizədi Mariya Zolotaryova çörəyin maya ilə hazırlanmasının insan sağlamlığı üçün heç bir təhlükə yaratmadığını deyib.
Onun sözlərinə görə, maya insanlığın minilliklərdir istifadə etdiyi təbii məhsuldur və çörək, şərab, pivə kimi bir çox qidaların hazırlanmasında mühüm rol oynayır. Zolotaryova qeyd edib ki, müasir elmi araşdırmalar maya və onun törəmələrinin insan orqanizminə mənfi təsir göstərməsi fikrini tamamilə təkzib edib.
Mütəxəssis vurğulayıb ki, maya bağırsaq mikroflorasını pozmur, əksinə bəzi hallarda faydalı bakteriyaların fəaliyyətini dəstəkləyir. O, həmçinin əlavə edib ki, maya ilə bişirilən çörəkdəki vitaminlər və minerallar orqanizm tərəfindən asan mənimsənilir və enerji mənbəyi kimi əhəmiyyət daşıyır.
Zolotaryovanın sözlərinə görə, çörəyin sağlamlığa təsiri onun tərkibindən və miqdarından asılıdır. Ağ unla bişirilən çörəklərin əvəzinə tam taxıllı, liflə zəngin növlərin seçilməsi orqanizm üçün daha faydalıdır.
Mütəxəssis bildirib ki, “maya çörəyi kökəldir” və ya “bağırsağı zədələyir” kimi fikirlər sadəcə mifdir. Əsas məsələ çörəyi miqdarında yemək və düzgün məhsul seçməkdir.
Zolotaryova əlavə edib ki, təbii maya ilə bişirilmiş keyfiyyətli çörək insanın enerji balansını qoruyur, qidalanmanı tamamlayır və sağlam həyat tərzinin bir hissəsi ola bilər.