
Göbələk ev şəraitində konservləşdirmə üçün ən təhlükəli məhsul hesab olunur. Foodinfo.az xəbər verir ki, bu barədə dietoloq Natalya Pavlyuk “Radio 1”ə açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, statistika göstərir ki, göbələk zəhərlənmələrinin çoxu məhz evdə hazırlanmış və ya duzlanmış məhsullarla bağlı olur. Göbələklər torpaqdan ağır metalları və toksinləri asanlıqla udduqları üçün sağlamlıq üçün ciddi təhlükə yarada bilər.
“Duzlama və marinadlama üsulları müxtəlifdir. Lakin mağazalarda çəkil şəkildə satılan belə məhsullar da həzm pozğunluğu və ürək problemlərinə səbəb ola bilər. Bu, əsasən tərkibindəki artıq duz və ədviyyatların çoxluğu ilə əlaqədardır,” — deyə Pavlyuk qeyd edib.
Dietoloq vətəndaşlara ev şəraitində konservləşdirilmiş göbələklərdən uzaq durmağı, yalnız sənaye şəraitində hazırlanmış və təhlükəsizlik standartlarına uyğun məhsulları seçməyi tövsiyə edib.