
Nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən “Baytaroğlu” MMC-nin Çindən idxal etdiyi ümumi sayı 50000 flakon “Vitamin B12, 500 MCG TR” əmtəə nişanlı baytarlıq preparatından götürülən nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında uyğunsuzluq aşkarlanıb.
Bu barədə Foodinfo.az-a Agentlikdən məlumat verilib.
Faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.

