Bu ilin birinci rübündə Azərbaycan 25,3 milyon dollar dəyərində ət idxal edib. Bu göstərici illik müqayisədə 6,1 milyon dollar çoxdur.

Foodinfo.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, hesabat dövründə ölkəyə 11,6 min ton ət idxal edilib. 

Bu dövrdə ət idxalı Azərbaycanın ümumi idxalının 0,68%-ni təşkil edib.