ABŞ Müdafiə Nazirliyi anomal hadisələrə həsr olunmuş internet saytı hazırlamaq qərarına gəlib. 

 Foodinfo.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder brifinqdə bildirib.

Onun sözlərinə görə, belə bir qərar “rəhbərliyin izahı mümkün olmayan anomaliyaları anlamaq və təhlil etmək səyləri barədə ictimaiyyəti məlumatlandırmaq məqsədilə” qəbul edilib. 

Rayder izah edib ki, saytda müvafiq foto və videomateriallar təhlili ilə birlikdə yerləşdiriləcək. Həmçinin, veb-resursda bu mövzuda tez-tez verilən suallara cavablar da dərc olunacaq.