Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) bazasında keçiriləcək təlim-təcrübə kursunda iştirak etmək istəyən Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) baytarlıq və əczaçılıq ixtisasları üzrə sonuncu kursda təhsil alan tələbələrin və həmin ixtisaslar üzrə təhsilini son 5 ildə başa vurmuş məzunların müraciətlərinin qəbulu davam edir.

Foodinfo.az xəbər verir ki, maraqlananlar CV-lərini “AQTİ-Baytarlar üçün təlim” başlığı ilə [email protected] ünvanına göndərə bilərlər. Namizədlərlə əlaqə saxlanılacaq və ilkin müsahibə telefon vasitəsilə keçiriləcək.

İlkin müsahibələr və CV-lərin təhlili nəticəsində seçilmiş şəxslər İnstituta canlı və ya onlayn müsahibəyə dəvət olunacaqlar. Yalnız bu müsahibədən keçənlər təlim-təcrübə kursunda iştirak edə biləcəklər.

Namizədlərin ADAU-nun tələbəsi və ya məzunu olması ilə yanaşı, motivasiyalı olmaları, ingilis və ya rus dillərini bilmələri arzuediləndir.