
Türkiyədə yetişdirilən morkaraman və akkaraman adlı qoyun növlərinin Azərbaycana idxalına başlanılıb.
Foodinfo.az Report-istinadən bildirir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata görə, dövlət dəstəyi ilə reallaşdırılan layihə çərçivəsində artıq,
25-i qoç və
578-i qoyun olmaqla
603 xırdabuynuzlu heyvanın Azərbaycana ixracına start verilib.
Ümumilikdə ilkin mərhələdə 6 min heyvanın ixrac edilməsi, daha sonra bu rəqəmin
20 minə çatdırılması nəzərdə tutulur.