Qazaxıstanın Qızılorda vilayətində yüzlərlər at məlum olmayan xəstəlikdən ölüb. “Report” xəbər verir ki, məlumatı “CentralAsia” saytı yayıb. Yerli sakinlər aulda 200 atın naməlum səbəbdən öldüyünü bildiriblər. “Bu hadisələr avqustdan başlayıb, hələ də davam edir. Atların ölməsinin səbəbi bilinimir. Biz 50 ildir atçılıqla məşğul oluruq. Belə hala heç vaxt rast gəlməmişik”, - vilayətin Baykenje kəndinin sakini Kanetbek Kembay deyib. Onun sözlərinə görə, atlar 10 gün heç nə yemir, arıqlayır, sonra ölürlər. Müalicələrin nəticəsi olmur. Xəstə atları ilxıya buraxmırlar. Qızılorda vilayətinin 4 rayonunda bu xəstəlik rəsmi olaraq təsdiqlənib. Yerli hakimiyyət məsələ ilə bağlı işçi komissiya yaratamaq niyyətindədir. Bu qurum atı ölən insanlara kompensasisya verilməsi məsələsinə də baxacaq.