
Mütəxəssislər bildirir ki, düzgün qidalanma xərçəng riskini əhəmiyyətli dərəcədə azalda bilər.
Foodinfo.az xəbər verir ki, tərəvəz, meyvə, tam taxıllar və bitki mənşəli zülallarla zəngin bir pəhriz orqanizmdə iltihabı azaldır, hüceyrələrin zədələnməsinin qarşısını alır.
Tövsiyə olunan qida vərdişləri:
– Rəngarəng tərəvəz və meyvələr yeyin – antioksidant və liflə zəngindir.
– Qırmızı və işlənmiş ətləri məhdudlaşdırın – kolbasa, sosis, hisə verilmiş ətlər risk faktorudur.
– Şəkərli içkilərdən uzaq durun – piylənmə xərçəng riskini artırır.
– Tam taxıllara üstünlük verin – lif bağırsaq sağlamlığını qoruyur.
– Sağlam yağlardan istifadə edin – zeytun yağı, avokado, qoz-fındıq faydalıdır.
Həmçinin mütəmadi fiziki aktivlik, kifayət qədər su içmək və siqaretdən uzaq durmaq da xərçəngdən qorunmada mühüm rol oynayır.