Meyvə yığmaq istəyən kişi ağacdan yıxılaraq ölüb. Foodinfo.az-ın məlumatına görə, hadisə bu gün günorta saatlarında Balakən rayonunun Kortala kəndində baş verib. Kənd sakini, 1962-ci il təvəllüdlü Abdurəhmanov Musa Məhəmmədiyə oğlu həyətdə meyvə yığımı zamanı ağacdan yıxılıb və aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.