Kimyəvi maddələrlə zəhərlənmələr çox zaman yanlış müdaxilə səbəbindən daha da ağırlaşır. İsanların panik vəziyyətdə etdikləri bir neçə addım həyati təhlükəni artırır.

Foodinfo.az xəbər verir ki, ən çox rast gəlinən səhvlərdən biri zəhərlənən şəxsi qusdurmağa çalışdırmaqdır. Bu zaman kimyəvi maddələr qida borusundan yenidən keçərək daha ciddi yanmalar yarada bilər. 

Eyni təhlükə zəhərlənən adama dərhal su içirdilməsində də müşahidə olunur. Çünki bəzi kimyəvi maddələr su ilə reaksiyaya girərək daxili yanmaya səbəb ola bilər.

Həkimlər turşu və qələvi kimi maddələrlə zəhərlənmələrdə insanların onları ev üsulu ilə “zərərsizləşdirməyə” çalışmasını da böyük səhv adlandırırlar. Belə cəhdlər maddələrin qarışaraq daha güclü kimyəvi reaksiyaya səbəb olmasına yol açır.

Qaz və buxar zəhərlənmələrində isə pəncərələrin bağlanması vəziyyəti ağırlaşdıran əsas faktorlardan biridir. Mütəxəssislər bildirirlər ki, belə hallarda zərərçəkənin dərhal təmiz havaya çıxarılması həyati əhəmiyyət daşıyır.

Dəridə zəhərlənmə hallarında maddəni sərt şəkildə ovaraq təmizləmək də zəhərin daha dərinə nüfuz etməsinə səbəb olur. Bundan başqa, təsadüfi dərman və ya absorbent vermək, eləcə də təcili yardıma gec zəng etmək zəhərlənmə nəticələrini daha da ağırlaşdıra bilər.

Kimyəvi zəhərlənmə zamanı düzgün müdaxilə üçün heç bir əlavə maddə verilməməli, zərərçəkən təmiz havaya çıxarılmalı, dəri bol su ilə yuyulmalı, ən əsası isə təcili yardım dərhal çağırılmalıdır.