Günəbaxan toxumu yüksək enerjili qidalar sırasında yer tutur. Gündəlik şəkildə tez-tez istehlak olunan bu çərəzin kalori dəyəri düşündüyünüzdən daha çoxdur.

Foodinfo.az xəbər verir ki, 100 qram günəbaxan toxumu orta hesabla 570–620 kalori təşkil edir. 

Qovrulma dərəcəsi və duz miqdarı artdıqca kalori göstəricisi də dəyişə bilər. Bir ovuc – təxminən 30 qram günəbaxan toxumu — 170–190 kaloriyə bərabərdir.

Qidalanma üzrə ekspertlər bunun əsas səbəbini toxumun yüksək yağ tərkibi ilə əlaqələndirirlər. Günəbaxan toxumu omeqa-6 yağ turşuları, E vitamini, zülal və liflə zəngin olduğu üçün energetik dəyəri xeyli yüksəlir.

Məhsul faydalı olsa da, yüksək kalorili olduğundan pəhriz saxlayan şəxslər tərəfindən ölçülü şəkildə istehlak olunmalıdır.