Ürək-damar sağlamlığında qidalanmanın rolu çox böyükdür, bəzi ədviyyatlar isə xolesterolu təbii şəkildə aşağı salma qabiliyyətinə malikdir. Gündəlik yeməklərdə istifadə edilən bir neçə ədviyyat LDL (pis) xolesterolun azalmasına əhəmiyyətli təsir göstərir.
Foodinfo.az xəbər verir ki, ən güclü təsirə malik ədviyyatlardan biri sarıkökdür. Onun tərkibindəki kurkumin maddəsi damar divarlarını qoruyur və xolesterolun çökərək damarların daralmasının qarşısını alır.
Tədqiqatlar darçının da qan lipidlərini tənzimlədiyini, LDL və trigliserid səviyyəsini aşağı saldığını göstərir.
Zəncəfil isə həm qan dövranını yaxşılaşdırır, həm də pis xolesterolun təxminən 10–15 faiz azalmasına kömək edir.
Həmçinin sarımsaq, qara istiot, kəklikotu və zirənin də xolesterolu azaltmaqda mühüm rol oynadığını bildirirlər. Bu ədviyyatlar antioksidant təsiri ilə damarları qoruyur, yağ metabolizmini yaxşılaşdırır və ürək-damar xəstəliklərinin riskini azaldır.
Bu ədviyyatların qidaya müntəzəm, lakin ölçülü şəkildə əlavə edilməsi xolesterol səviyyəsinin təbii yolla normallaşmasına xüsusi dəstək ola bilər.






