Ermənistanda daha 532 nəfərdə koronavirus aşkarlanıb. “Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Bununla da Ermənistanda virusa yoluxanların sayı 51 382-yə yüksəlib. Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 966-ya çatıb. İndiyədək 44 406 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 5 709 aktiv koronavirus xəstəsi var. Qeyd edək ki, ötən gün Ermənistan 491 nəfərin koronavirusa yoluxduğunu açıqlamışdı.