
İnsan bədəni möhtəşəm və dəqiq işləyən bir sistemdir. Lakin bu sistemin sağlam şəkildə fəaliyyət göstərməsi üçün ona düzgün və balanslı qidalar lazımdır. Orqanizm gündəlik olaraq vitaminlərə, minerallara, zülallara, yağlara və karbohidratlara ehtiyac duyur. Bu maddələrdən hər hansı birinin uzun müddət az qəbul edilməsi bədəndə qida çatışmazlığına səbəb olur.
Foodinfo.az xəbər verir ki, qida çatışmazlığı birdən-birə deyil, zamanla inkişaf edən bir vəziyyətdir. Əlamətlər adətən yüngül şəkildə başlayır və getdikcə güclənir.
1. Dəmir çatışmazlığı (anemiya)
- Solğun dəri, başgicəllənmə
- Dırnaqların asan qırılması
- Nəfəs darlığı, fiziki gücə dözümsüzlük
- Bəzən “torpaq yemək” istəyi (pika sindromu)
2. B12 vitamini çatışmazlığı
- Əsəbilik, yaddaşda zəifləmə
- Əllərdə-ayaqlarda keylik və karıxma hissi
- Dildə yanma və qızarıqlıq
- Yorğunluq və zəiflik
3. D vitamini çatışmazlığı
- Sümük ağrıları, tez-tez sınıqlar
- Əzələ zəifliyi
- Həddindən artıq tərləmə
- Əhval dəyişkənliyi və depressiya
4. Maqnezium çatışmazlığı
- Əzələ spazmları, qıcolmalar
- Yuxusuzluq və narahatlıq
- Ürək döyüntüsündə pozğunluq
- Enerji çatışmazlığı
5. Zülal çatışmazlığı
- Əzələ itkisi, zəiflik
- Saçların incəlməsi və tökülməsi
- Dərinin elastikliyini itirməsi
- İmmunitetin zəifləməsi
Bədəndə qida çatışmazlığını yalnız simptomlara əsaslanaraq tam olaraq təyin etmək olmaz. Bu əlamətlər başqa xəstəliklərlə də qarışa bilər. Ona görə də düzgün diaqnoz üçün qan analizləri və həkim məsləhəti şərtdir. Özbaşına vitamin və ya mineral qəbul etmək, əksinə, bədəndə fəsadlar yarada bilər.