Bakı şəhərinin Nərimanov rayonunda dördmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 100 m² olan restoranın bacasında yağ qalıqları yanıb. Foodinfo.az Trend-ə istinadən xəbər verir ki,yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 6 m² sahədə əriyib. Restoranın qalan hissəsi və tutumu 50 l olan 1 ədəd məişət qaz balonu yanğından mühafizə olunub.