Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb. Nazirlikdən Foodinfo.az-a bildirilib ki, sentyabrın 29-da 11 şagirdin, 2 işçi heyətin hərarəti 37 dərəcədən yuxarı olub. Daha 7 şagird və 1 işçidə koronavirus aşkarlanıb. Ümumilikdə indiyədək distant təhsilə keçirilmiş məktəblərin sayı 1, siniflərin sayı 19 olub.