![](/uploads/photos/original/2023/5/11998267646354eb24e59.jpg)
Dietoloq Mixail Ginzburq "Moskva 24" telekanalında yaşlılar üçün faydalı məhsulun adını çəkib. O, bolqar bibərinin ateroskleroz, gut, şəkərli diabet və hipertoniyanın qarşısının alınmasına töhfə verdiyini bildirib.
“Kalium və maqnezium ürək-damar xəstəliklərinin qarşısının alınması üçün çox faydalıdır. Karotenoidlər bədəndə antioksidant funksiyasını yerinə yetirir " deyə həkim şirin bibərin tərkibində faydalı mikroelementləri sadalayıb.
Tərəvəzdəki pəhriz lifi şəkərin udulmasını yavaşlatır və karotenoidlər yüksək qlükoza konsentrasiyasının toksik təsirlərinin qarşısını alır.
Nərmin