
Hamilə qadınların düzgün və balanslı qidalanması həm ana, həm də dölün inkişafı üçün vacibdir. Foodinfo.az bildirir ki, Amerika Hamiləlik Assosiasiyası (APA) və Mayo Clinic-ə görə, hamiləlik dövründə fol turşusu, dəmir, kalsium və D vitamini ilə zəngin qidalar əsas rol oynayır.
Balıq, yumurta, süd məhsulları və yaşıl yarpaqlı tərəvəzlər menyuda üstünlük təşkil etməlidir. Gündəlik kalori ehtiyacı artır, lakin bu, nəzarətsiz yeməyə səbəb olmamalıdır. Şəkərli və yarımfabrikat məhsullardan uzaq durmaq, su qəbulunu artırmaq tövsiyə olunur.