Tam dənli məhsullar təkcə enerji deyil, həm də sağlamlıq mənbəyidir. Foodinfo.az bildirir ki, qida texnologiyası üzrə ekspert Hannah Lee onların faydalarını açıqlayıb. Onun sözlərinə görə, bu məhsulların tərkibində yüksək miqdarda lif var. Lif bağırsaq mikroflorasını dəstəkləyir və zərərli bakteriyaların çoxalmasının qarşısını alır.

Lee qeyd edir ki, bu təsir immun sisteminin möhkəmlənməsinə də səbəb olur. Xüsusilə yulaf, qəhvəyi düyü və qarabaşaq gündəlik menyuya əlavə olunmalıdır.

Həmçinin bu məhsullar qəbizlik və qan şəkəri dalğalanmalarına qarşı da effektivdir. Mütəxəssis tövsiyə edir ki, rafinə olunmuş un məhsulları ilə tam dənli məhsulların nisbəti balanslaşdırılsın. Bu, həm çəkini, həm də ümumi sağlamlığı sabit saxlayır.