
Çuğundur suyu yüksək qan təzyiqindən əziyyət çəkənlər üçün əla seçimdir. Foodinfo.az bildirir ki, bu tərəvəz nitratalarla zəngindir və damarları genişləndirir. Qan dövranını yaxşılaşdıraraq ürəyə əlavə yük düşməsinin qarşısını alır. Tərkibindəki antioksidantlar bədəni toksinlərdən təmizləyir.
Çuğundur suyu enerji verir və yorğunluğu azaldır. Mütəxəssislər səhər saatlarında qəbulunu tövsiyə edir. Bu içki həzm sistemini tənzimləyir və iştahanı artırır. Çuğundur dəri üçün də faydalıdır, sızanaqları azaldır. İltihab əleyhinə təsiri ilə immuniteti gücləndirir. İdmançılar üçün də təbii güc mənbəyidir.
Qanda şəkər səviyyəsini balanslaşdırır. Çuğundur suyu həm də beyin üçün faydalıdır.