Sağlam qidalanma və idman beyin sağlamlığını qorumaq üçün vacibdir. Beyin funksiyalarını yaxşılaşdıran və Alzheimer xəstəliyindən qoruyan qidaları diyetə daxil etməklə Alzheimer də daxil olmaqla bir çox xəstəliyə qarşı tədbir görülə bilər. Mütəxəssislər bildirirlər ki, tərkibində B qrupu vitaminləri olan qidalar beyin inkişafına kömək edir. 

 Foodinfo.az müntəzəm olaraq istehlak edildikdə qida dəyəri sayəsində beyni qoruyan və gücləndirən qidaları təqdim edir:

BALIQ

Yağlı balıq tərkibindəki omeqa-3 sayəsində beyin sağlamlığını dəstəkləyir. Koqnitiv funksiyalara müsbət təsir etdiyi üçün həftədə ən azı bir dəfə balıq istehlak etmək lazımdır. Balıq həm də çəki nəzarətini təmin edir.

YUMURTA

Tərkibindəki qida maddələri sayəsində yumurta yaddaş və öyrənmə prosesini asanlaşdırır.

QARAGİLƏ 

Qaragilə antioksidantlarla çox zəngindir. Bu antioksidantlar beyində sərbəst radikalların zərərli təsirlərini azaldır.

KAKAO

Kakaonun tərkibində flavonoidlər adlanan antioksidanlar var. Tərkibində yüksək kakao olan tünd şokolad qan axını artırır və zehni performansı dəstəkləyir.

QOZ

Qozun tərkibində omeqa-3 yağ turşuları, antioksidantlar və E vitamini var. Bu komponentlər beyin funksiyalarına kömək edir.

QULANÇAR 

Qulançar fol turşusu ilə zəngindir. Fol turşusu koqnitiv funksiyaları dəstəkləməyə kömək edir.

YAŞIL YARPAQLI TƏRƏVƏZƏLƏR

İspanaq, brokoli və kələm kimi yaşıl yarpaqlı tərəvəzlərdə fol turşusu, dəmir və lif var. Bu qidalar beyin sağlamlığını dəstəkləyir

XURMA

Tərkibindəki təbii şəkərlər və liflər sayəsində sağlam enerji qaynağı təmin edir və beyin funksiyalarını dəstəkləyir. Eyni zamanda tərkibində B vitamini kompleksi və kalium kimi mineralları ehtiva edərək sinir sisteminə müsbət təsir göstərə bilir. Tərkibindəki antioksidantlar sərbəst radikalların yaratdığı hüceyrə stressini azaltmaqla beyin hüceyrələrinin sağlamlığını qorumağa kömək edir.