Həyatın hər dövründə adekvat və balanslı qidalanma sağlamlığı qorumaq üçün vacibdir. Bu səbəbdən dörd qida qrupunda müxtəlif qidalar ən az 3 əsas yemək və 3 qəlyanaltıda kafi miqdarda qəbul edilməlidir.

Foodinfo.az bildirir ki, səhər yeməyi günün ən vacib yeməyidir. Yay aylarında səhər yeməyi az yağlı pendirlər, zeytun və təzə tərəvəzlərdən ibarət olmalı, tərkibində kofein olan içkilər yerinə süd, meyvə suyu, cökə, itburnu kimi bitki çaylarına üstünlük verilməlidir.

 Yayda yağlı qidaların və qızardılmış qidaların istehlakından çəkinmək lazımdır. Qızartma və qovurma yerinə qaynama, qril, öz şirəsində və ya daha az suda bişirmə kimi sağlam bişirmə üsulları tətbiq edilməlidir.

 Bədən müqavimətini artırmaq və yayda orqanizmin lazımi miqdarda vitamin və minerallar almasını təmin etmək üçün müxtəlif tərəvəz və meyvələrdən faydalanmaq vacibdir. Gündə ən azı 5 porsiya tərəvəz və meyvə istehlak edilməlidir.

 Şəkər və şəkərli qidalar yerinə tam buğda çörəyi, makaron, bulqur kimi lifli qidaların istehlakına diqqət yetirilməlidir.

 Yüksək enerjili xəmirli desertlər yerinə südlü desertlər, meyvəli desertlər və dondurma kimi desertlərə üstünlük verilməlidir.

 Tərləmə ilə artan maye və mineral itkisinin qarşısını almaq üçün kifayət qədər maye qəbulu vacibdir. Bundan əlavə, həyatın hər dövründə kifayət qədər maye qəbulu orqanizmdə əmələ gələn toksinlərin (zərərli elementlərin) xaric edilməsində, orqanizmin funksiyalarının nizamlı işləməsində, maddələr mübadiləsinin tarazlığının saxlanmasında və bir çox biokimyəvi reaksiyaların həyata keçirilməsində son dərəcə bədəndə mühüm rol oynayır. Bu səbəbdən hər gün ən az 2-2,5 litr (12-14 stəkan) su içilməli, maye qəbulunu qarşılamaq üçün qəhvə, çay və qazlı içkilər yerinə süd, ayran və meyvə şirəsi kimi içkilərə üstünlük verilməlidir.

 Qida zəhərlənməsi əhalinin sağlamlığını yaxından maraqlandıran və xüsusilə yay aylarında artan xəstəliklərdən biridir. Əsasən yüngül və qısa müddətli xəstəliklər olsa da, zəhərlənməyə səbəb olan qida və insanla bağlı bəzi faktorlar xəstəliyin daha da ağırlaşmasına, hətta zaman-zaman ölümcül olmasına səbəb ola bilir. Xüsusilə yay aylarında çöldə və açıq havada satılan qidaların istehlakından qaçınılmalı, riskli ola biləcək tez xarab olan qidalar (ət, yumurta, süd, balıq və s.) açıq yerdə saxlanmamalı, gigiyena qaydalarına riayət edilməlidir. Yeməklərin hazırlanması və bişirilməsi zamanı qaydalara əməl edilməlidir.

 Xüsusilə yay aylarında körpələrdə və uşaqlarda rotavirusların səbəb olduğu ishalın qarşısının alınmasında yeməkdən əvvəl tərəvəz və meyvələrin əllə təmizlənməsi və yaxşıca yuyulması çox əhəmiyyətlidir.