Çoxumuz həmişə harasa tələsirik və nə vaxt yemək yeməyə vaxt tapdıqda ağzımızdakı qidanı tələm-tələsik udmağa çalışırıq. Bəs yeməyi yavaş yeməyin faydalarından xəbəriniz var idimi?

Foodinfo.az bu yazıda yavaş-yavaş yeməyin faydalarını təqdim edir:

1. Yavaş yemək yeyərək arıqlaya bilərsiniz.

Bir çox araşdırmalar göstərir ki, yavaş yemək daha az kalori istehlak edir. 

Bədənimizin beynə daha çox qidaya ehtiyacı olmadığını və tox olduğumuzu bildirməsi üçün təxminən 20 dəqiqə vaxt lazım olur. Sürətlə yeyiriksə, doyduqdan sonra da yeməyə davam edirik, yavaş-yavaş yeyiriksə, tox olduğumuzu anlamaq üçün vaxtımız olur və yeməyi vaxtında dayandırırıq.

2. Yavaş-yavaş yeyərək yeməyinizdən həzz ala bilərsiniz.

Əgər tez yeyirsinizsə, yeməkdən həzz almaq sizə çətin ola bilər. Amma yavaş-yavaş yeyirsinizsə, yeməyin gözəl dadını dada bilərsiniz. Yeməyi mədənizi doldurmaq və doyurmaq üçün deyil, dadlı yeməklərdən həzz almaq üçün bir yol kimi düşünün.

3. Yeməyiniz daha yaxşı həzm olunur

Yavaş-yavaş yeməklə yeməyi daha yaxşı və daha çox çeynəmək olar, nəticədə yemək daha yaxşı həzm olunur. Həzm prosesi ağızdan başlayır, ona görə də ağızda daha çox iş görülərsə mədəyə daha az iş düşər. 

4. Daha az gərginlik yaşayacaqsınız.

 Sürətli yemək və bundan sonra nə etmək istədiyinizi düşünmək əvəzinə, anı yaşayın və yeməyinizi yavaş-yavaş çeynəməkdən həzz alın. Yeməyə bu cür diqqət sizi daha xoşbəxt edəcək və daha az stress keçirəcəksiniz.

5. Diş sağlamlığı və qidanın daha yaxşı udulması

Yeməyi yavaş-yavaş çeynəmək daha çox tüpürcək əmələ gəlməsinə səbəb olur və nəticədə qidanın daha yaxşı həzm olunmasına və mənimsənilməsinə kömək edir və təbii ki, yuxarıda qeyd etdiyimiz kimi yavaş-yavaş yeməklə dişləməni daha çox çeynəyirik, nəticədə qida kiçik parçalara bölünür, bu da qidaların daha sürətli və daha yaxşı udulmasına səbəb olur.

Qida tez çeynənilib mədəyə daxil olduqda mədəyə daha çox hava daxil olur, bundan əlavə, qida hissəcikləri həzm olunmadan qalaraq bağırsağa daxil ola bilər. Nəticədə bağırsaqda bakteriyaların fəaliyyəti qidaları parçalamaq üçün həyata keçirilir və bu fəaliyyət həzm sistemində daha çox qaz əmələ gəlməsinə, şişkinlik, ishal, qəbizlik, qarın ağrısı və digər həzm problemlərinə səbəb olur.

Çeynəmək çənə sümüklərini və dişləri gücləndirmək üçün faydalıdır. Həmçinin həddindən artıq çeynəmə zamanı tüpürcək ifrazı artır ki, bu da qidanın həzminə kömək etməklə yanaşı, dişlərdən qida hissəciklərinin çıxarılmasına kömək edir və ağzını bakteriyalardan təmizləyir. Nəticədə diş çürüməsini azaldır.