Bölgələrdə südün qiyməti düşüb. Xüsusən də Beyləqanda olan fermerlərin sözlərinə görə, südün yerində satış qiyməti əvvəlki vaxtlarla müqayisədə yarıbayarı enib. Əvvəllər 1 litir südü 60-70 qəpiyə satdıqları halda indi 1 litr süd 30-40 qəpiyə satılır.
Qəribədir ki, bölgələrdə qiymətlərdə müşahidə olunan azalma paytaxt bazarlarına yansımayıb.
Beyləqan rayon Şərq qəsəbəsi ərazisində məskunlaşan fermerlər südün qiymətinin aşağı salınmasından narazıdılar.
Fermerlər iddia edirlər ki, Beyləqanda yerləşən 12 süd toplama məntəqəsinin sözləşərək qiyməti aşağı salıb.
Süd toplama məntəqələrinin müdirləri isə bu iddiaları yalanladılar. Onlar bildirdilər ki, hər il bu vaxtları südün qiymətində enmə müşahidə edilir. Əsas səbəb isə süd məhsullarına olan tələbin azalmasıdır. Ancaq yanvar ayının sonundan isə qiymətlər yenidən əvvəlki vəziyyətinə qalxacaq.
Bölgələrdə südün qiymətinin düşməsi paytaxt bazarlarına da təsir edibmi? Sualın cavabını tapmaq üçün bazarlara üz tutduq. Satıcıların sözlərinə görə, südün qiymətində enmə müşahidə olunmur.
Paytaxtdakı satıcıların sözlərinə görə, südün qiymətində enmə hələ ki, gözlənilmir.
Foodinfo.az
https://youtu.be/K38hfweK1Mo?t=2
Son xəbərlər
- Kütləvi tədbirlər zamanı qidalanma ilə bağlı maarifləndirmə işlərinin miqyası genişləndirilib
- Onun əskikliyi əsəbilik yaradır
- Sağlam diyeta necə olmalıdır?
- Ən yaxşı süd temperaturu - mədə üçün maksimum rahatlıq
- Səhər yeməyi üçün ən sağlam sıyıq seçildi
- Hansı qidalanma sağlamlığınızı yaxşılaşdırmağa kömək edəcək?