Bazardan, ərzaq mağazasından aldığımız şokoladların üzərində zaman-zaman ağ təbəqə görünür. Şokoladın üzərində əmələ gələn bu təbəqə şokoladın xarab olması demək deyil.

  Foodinfo.az xəbər verir ki, bu ağlığın səbəbi şokoladın içindəki kakao yağının çıxmasıdır. Şokoladın tərkibində olan kakao yağı aşağı temperaturda donma, yüksək temperaturda isə ərimə xüsusiyyətinə malikdir. Aldığımız şokoladın saxlanma şəraitindən və ya istehsal problemindən qaynaqlanır. Bu, şokoladın xarab olduğunu və ya pis olduğunu göstərmir, lakin dad fərqi ola bilər.

  Ümumiyyətlə, bu problem qış aylarında soyuq bir mühitdə saxlandıqdan sonra birbaşa isti mühitə aparılan şokoladlarda görülür. Şokoladın ağarması adətən istehsal səhvindən deyil, saxlama şərtlərindən qaynaqlanır. Başqa sözlə, buna ani temperatur dəyişiklikləri səbəb olur.

 Şokolad üçün ən uyğun saxlama şəraiti sərin mühitlərdir.