Dietoloq-məsləhətçi, "Sağlam Qidalanma" ANO Araşdırmalar Mərkəzinin direktor müavini Aleksey Kabanov alınan şirniyyatlarda şəkərin orqanizmə necə təsir etdiyini söyləyib.
Foodinfo.az bildirir ki, dietoloq “Arquments and Facts” saytına verdiyi müsahibədə izah edib ki, piylənmənin əsas səbəbi şirniyyatlarda çox böyük miqdarda olan şəkərin əlavə edilməsidir.
Kabanovun sözlərinə görə, şəkərin həddindən artıq istehlakı ürək-damar xəstəlikləri, 2-ci tip şəkərli diabet, ateroskleroz və piylənmə riskini artırır.
Dietoloq izah edir ki, həm evdə hazırlanan, həm də alınan şirniyyatlara böyük miqdarda şəkər əlavə olunur, ona görə də onlar eyni dərəcədə zərərlidir.
Kabanov şirniyyatları meyvə və ya giləmeyvə, qarpız və qovunla əvəz etməyi məsləhət görüb.

Nərmin