Son illərdə insanların sağlamlıq problemlərinin artması sağlam qidalanmaq və gündəlik pəhrizi alternativlərlə cazibədar etmək üçün şəkər istifadəsinin minimuma endirilməsi arzu edilir.

Foodinfo.az xəbər verir ki, gündəlik həyatımızda şəkərdən qaçınmaq son dərəcə asandır və tamamilə sizin seçiminizdən asılıdır. Qidalarda şəkərin mövqeyi ondan ibarətdir ki, o, şirinləşdirir, dad verir, lakin tərkibində heç bir qida dəyəri, zülal, vitamin, mineral və əsas yağ turşuları yoxdur. Əslində, şəkər maddələr mübadiləsini yavaşlatır və yağ ehtiyatını artırır. Bir şəxs rafine şəkər və süni dadlandırıcılardan gündə orta hesabla 400 kalori istehlak edir. Amerika Ürək Dərnəyinin şərhinə görə; əlavə şəkərin gündəlik istehlakda kişilər üçün 36 qram (150 kalori), uşaqlar və qadınlar üçün isə 25 qram (100 kalori) ilə məhdudlaşdırılmasını tövsiyə edir. 

Həddindən artıq şəkər qəbulu nəticəsində yarana biləcək risklər:

• Diş çürüməsi, iltihabı və xroniki iltihabı

• Həddindən artıq yemək istəyi, kökəlmə

• Dərinin qocalması, qırışlar

• Ürək-damar xəstəlikləri

• Demans və Alzheimer daxil olmaqla koqnitiv problemlər

• Diabet, yüksək qan təzyiqi, xolesterin və trigliserid səviyyələri

• Retina, əzələ və sinir zədələnməsi

• Mədəaltı vəzi, böyrək, qaraciyər pozğunluqları

Şəkər alternativlərini belə seçə bilərsiniz:

• Üzüm bəkməzi 22 kalori

• Bal 30 kalori

• Stevia yarpağı

• Banan 150 kalori

• Keçiboynuzu ekstraktı və ya böyürtkən tozu 22 kalori

• Ağcaqayın siropu Antioksidant, vitamin və mineral qaynağıdır, istiyə davamlı xüsusiyyəti sayəsində tortlarınızda, pancake və pastalarınızda istifadə edə bilərsiniz, 11 kalori.

• Təzə və ya qurudulmuş meyvələr - ərik, giləmeyvə, üzüm

• Qəhvəyi şəkər - tərkibində vitaminlər və minerallar var, sadə şəkərdən daha faydalı olduğunu deyə bilmərik, 20 kalori

Rafine şəkəri çıxararaq gündəlik həyatınızı tövsiyə olunan şəkər alternativləri ilə şaxələndirə bilərsiniz. İstədiyiniz reseptləri səhər yeməyiniz, desertlər, süd və süd məhsulları, içkilər və yeməklərinizə qarışdıraraq sadə şəkər istifadə etmədən hazırlaya və şirinləşdirə bilərsiniz.