Xolesterin infarkt və iflic kimi çox ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Məlumdur ki, xolesterinin əmələ gəlməsinə səbəb olan ən mühüm amillər düzgün qidalanmamaq və oturaq həyat tərzidir. Kardioloqlaq sağlam olduğunu düşündüyümüz qidaların xolesterol riskini artırdığı barədə xəbərdarlıq edir.

Sağlam qidalanma üçün bizə paxlalılar və bitki mənşəli yağlar, həmçinin meyvə və tərəvəzlər lazımdır. Sağlam yağlar deyincə ağla gələn ilk yağlardan biri olan hindistan cevizi yağının bir çox fərqli istifadəsi var. Qida və içkilərə xüsusi ətir qatan kokos yağı sağlam qidalanmanın qeydinə qalan insanların vazkeçilməzləri arasındadır. Ancaq bir kardioloq dedi ki, bitki mənşəli işlənmiş qidalarda çox vaxt xolesterin səviyyəsini yüksəldən kokos yağı var.

Araşdırmalar göstərir ki, çox işlənmiş qidalar yemək ürək xəstəliyi və xərçəng kimi xəstəliklərin riskini artıra bilər.

Nərmin