Reyhanın vətəni Cənubi Asiya sayılır. Bu bitkisi mavi-bənövşəyi rəngə malik ətirli otdur. Yarpaqları əvvəlcə yaşıl olur, günəşi gördükcə isə tündləşir. Antibakterial xüsusiyyətləri sayəsində orqanizmi mikrob və bakteriyalardan təmizləyir. 

 Foodinfo.az reyhandan necə və hansı yeməklərdə istifadə etmək lazım olduğunu təqdim edir:

• Reyhan bitkisini mətbəxdə təzə və ya qurudulmuş halda istifadə etmək olar.

• Salatlara əlavə edərək istehlak edə bilərsiniz.

• Qurudulmuş reyhan və ya təzə reyhan ilə ətirli çay dəmləyə bilərsiniz.

• Qurudulmuş reyhan makaron, düyü və xüsusilə şorbalarda ədviyyat kimi yaxşı gedir.

• Təzə reyhanla dadlı şərbət hazırlamaq olar.

• Reyhan toyuq yeməklərini də ləzzətləndirir. 

• Plovlara və xüsusilə bulqur plovuna ləzzətli ətir verir.

• Ətirli və unlu şorbalarda onun ətri ilə fərq yarada bilərsiniz.

Reyhan şərbəti necə hazırlanır?

İnqrediyentlər:

1 litr qaynar su

3 xörək qaşığı dənəvər şəkər

1 dəstə reyhan (gövdəsi və yarpaqları birlikdə)

Yarım limonun suyu

1 çubuq darçın

2 mixək

Hazırlanması:

Əvvəlcə reyhanı sapı ilə birlikdə təmizləyib yuyun. Suyu süzüldükdən sonra böyük bir qazana qoyun. Ora qaynadılmış qaynar su, şəkər və limon suyu əlavə edin. Şəkər həll olunana qədər qarışdırın, qazanın üstünü örtün və soyumağa qoyun. Şərbət soyuduqdan sonra istədiyiniz qaba süzün. Sərin şəkildə içmək daha ləzzətli olacaqdır.