Qidalanma üzrə mütəxəssislər bildirirlər ki, mərci və balqabaq tumları immun sisteminin gücləndirilməsində mühüm rol oynayır. Foodinfo.az xəbər verir ki, tərkibində zəngin vitamin və minerallar olan bu qidalar xüsusilə mövsümi xəstəliklərin artdığı dövrlərdə tövsiyə edilir.

Mərci yüksək miqdarda zülal, dəmir, sink və B qrupu vitaminləri ilə zəngindir. Bu maddələr orqanizmin müdafiə mexanizmini gücləndirir, yorğunluğu azaldır və infeksiyalara qarşı müqaviməti artırır. 

Eyni zamanda mərci bağırsaq sağlamlığını dəstəkləyərək immunitetin əsas dayaqlarından biri olan həzm sisteminin düzgün işləməsinə kömək edir.

Balqabaq tumlarının da immunitet üçün faydalı olduğu vurğulanır. Bu tumlar sink, maqnezium, antioksidantlar və sağlam yağ turşuları ilə zəngindir.

Sink çatışmazlığı immun sisteminin zəifləməsinə səbəb ola bilər və balqabaq tumları bu ehtiyacın təbii yolla qarşılanmasına kömək edir.

Mərci yeməklərinin və balqabaq tumlarının gündəlik rasiona ölçülü şəkildə əlavə edilməsini məsləhət görülür. 

Balanslı qidalanma, kifayət qədər yuxu və fiziki aktivliklə birlikdə bu məhsullar orqanizmin xəstəliklərə qarşı müqavimətini əhəmiyyətli dərəcədə artırır.