Məlum olub ki, zibil kimi atdığımız limon toxumları əslində çox faydalıdır. Bəs limon toxumu ilə nə edə bilərik? Limonun faydaları saysız-hesabsızdır. Bununla belə, limon toxumlarının da bir çox faydası məlumdur. 

Limon toxumları tərkibindəki salistik turşu sayəsində ağrıları azaldır. Bundan əlavə, güclü antibakterial xüsusiyyətləri sayəsində sidik yollarını təmizləyir və sidik yolları infeksiyasını aradan qaldırır. O, həmçinin davamlı sidik yolları infeksiyaları ilə mübarizə aparır. Zəhərli bitki və heyvanların orqanizmə təsirini aradan qaldırır.

Foodinfo.az limon çəyirdəyindən necə istifadə etmək lazım olduğunu təqdim edir:

1. LİMON TOXUMU ÇAYI

Limon toxumlarını qaynar suya qoyub 10 dəqiqə dəmləyin. Bal və limon dilimləri əlavə edərək içə bilərsiniz. Bu çay həm dadlıdır, həm də faydalıdır. 

2. ƏDVİYYAT KİMİ 

Limon toxumlarını qurudun və əzin. Beləliklə, ləzzətli bir ədviyyat almış olacaqsınız. Balıq, toyuq və tərəvəz yeməklərinizdə istifadə edərək ləzzətli dad əldə edə bilərsiniz.

3. TƏMİZLİK VASİTƏSİ

Limon toxumları təbii təmizləyici kimi də istifadə edilir. 3-4 limon çəyirdəyini sirkəyə qataraq səthləri təmizləyə bilərsiniz.

4. BUXAR 

Qaynar suya limon toxumu əlavə edib buxarını dərinizə tutaraq rahatlama təmin edə bilərsiniz.