Mütəxəssislər bildirir ki, müntəzəm və məqbul miqdarda kofe içmək orqanizmə real fayda gətirir. Foodinfo.az NEWS.ru saytına istinadla xəbər verir ki, kofedəki kofein beyin adenozin reseptorlarını bloklayaraq yorğunluq hissini azaldır və konsentrasiyanı artırır, antioksidantlar isə iltihab əlamətlərini aşağı salır.

Kofe Parkinson xəstəliyi, II tip şəkərli diabet və bəzi qaraciyər xəstəliklərinin riskini azaltmağa kömək edir. Lakin həddindən artıq qəbulu yuxusuzluq, ürək döyüntülərinin sürətlənməsi və qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər.

Hamiləlikdə gündə 200 ml-dən çox kofein qəbul etmək tövsiyə edilmir, çünki bu, dölün inkişafını ləngidə bilər. Sağlam yetkinlər üçün optimal miqdar gündə iki-üç fincan, yəni 400 ml-ə qədərdir, və bu miqdarda istifadə edilərkən həm faydalı, həm də təhlükəsiz sayılır.