Maqnezium insan orqanizmi üçün vacib olan əsas minerallardan biridir və demək olar ki, bütün orqan sistemlərinin düzgün işləməsində iştirak edir.
Foodinfo.az xəbər verir ki, maqnezium xüsusilə enerji istehsalında mühüm rol oynayır. O, qəbul etdiyimiz qidanın enerjiyə çevrilməsinə kömək edir və halsızlığın qarşısını alır.
Bundan əlavə, maqnezium sinir sistemini sakitləşdirir və stressin azalmasına kömək edə bilər. Bu səbəbdən yuxu problemi və əsəbilik hallarında da vacib mineral sayılır.
Maqnezium həmçinin əzələlərin düzgün işləməsi üçün lazımdır. Onun çatışmazlığı əzələ qıcolmaları, spazmlar və yorğunluq yarada bilər.
Ürək sağlamlığı üçün də önəmlidir – ürək ritmini tənzimləməyə və qan təzyiqinin balansda qalmasına kömək edir.
Təbii mənbələri arasında badam, qoz, ispanaq, paxlalılar, yulaf və banan kimi qidalar var.
Sonda qeyd edək ki, maqnezium balanslı qidalanma ilə kifayət qədər alındıqda orqanizmin ümumi sağlamlığına ciddi müsbət təsir göstərir.






