Fəsil dəyişikliyi zamanı bədən fəaliyyətinin normal qalması üçün düzgün qidalanmaq və lazımi vitaminləri ehtiva edən meyvə və tərəvəzləri seçmək lazımdır.

 Foodinfo.az bildirir ki, bu, immun sisteminin güclənməsi və qorunmasında əsas rol oynayır. 

Orqanizmin amin turşuları, vitaminlər, makro və mikroelementlərlə doyurulması "qoruyucu" hüceyrələrin əmələ gəlməsinə faydalı təsir göstərir.

Daha çox hərəkət etmək, idmanla məşğul olmaq və ya sadəcə təmiz havada gəzmək də faydalıdır. 

İmmunitetin ən təhlükəli düşməni isə stresdir. Fərqli vəziyyətlərə sakit reaksiya verməyə və əsəbiləşməməyə çalışın.