Diyetoloq, qastroenteroloq Svetlana İsakova sağlam qəlyanaltılar barədə tövsiyələrini verib.

Onun sözlərinə görə, bu, ilk növbədə, tərəvəzlərdir. Həkim kök və almadan olan tərəvəz çubuqları almağı və ya onları evdə hazırlamağı məsləhət görüb. "Atışdırmalıq" üçün banan və sitrus meyvələri yaxşıdır.

Kiçik miqdarda qoz-fındıq və quru meyvələr yemək olar, lakin yüksək kalorili olduğuqlarına görə belə qidaları ehtiyatla yemək lazımdır.

Zülallı qidalara diqqət yetirmək vacibdir, çünki çox vaxt rasionda məhz zülal çatışmır. Buna görə qəlyanaltı üçün porsiyalı pendirlər və süd məhsulları seçmək olar.

Leyla