Həmişə göyərtini alıb evə gətirən kimi tez təmizləyin. Çünki təmizlənməmiş göyərtilər arasında sarı və büzüşmüş yarpaqlar onların daha tez xarab olmasına səbəb olur.

Foodinfo.az bu yazıda göyərtilərin yuyulma və saxlanma qaydalarını təqdim edir.

Göyərtiləri təmizlədikdən sonra tərəvəzlərin iki qatını tuta bilən su ilə dolu bir qaba qoyun və tərəvəzlərin ilkin palçığı çıxana qədər orda islağa qoyun.

 İkinci dəfə tərəvəz olan qabın suyunu təzələyirik və tərəvəzləri yuyub dezinfeksiya etmək üçün aşağıdakı materiallardan birini istifadə edirik:

Hər 4 litr suya bir xörək qaşığı dezinfeksiyaedici maye və ya hər 4 litr suya dörd xörək qaşığı duz (ən yaxşı və ən sağlam seçim) 

Bundan sonra göyərtiləri 10-15 dəqiqə ərzində dezinfeksiya etmək üçün dezinfeksiyaedici maye, duz və ya sirkə içində saxlamaq lazımdır.

Son olaraq tərəvəzləri yumaq üçün süzgəcə qoyuruq, soyuq su ilə yaxalayırıq.

 Göyərtilərə soyuq su əlavə edildikdə tərəvəzlər daha uzunmüddətli qalır. Göyərtiləri heç vaxt isti su ilə yumayın, həmişə ilıq və ya soyuq sudan istifadə edin, əks halda tərəvəzlər tez solacaq.

Sonra tərəvəzləri pambıq parçaya yayın ki, su 3-4 saata tam udulsun. Göyərtilər sulu qalsa və onu soyuducuya qoysanız, o, tez yumşalacaq. Hər yarım saatdan bir tərəvəzləri tərsinə çevirin ki, aşağıda olan tərəvəzlər suyunu alsın.

 Pambıq parça tərəvəzin nəmini udur və tərəvəzin büzülməməsini təmin edir, plastik neylon isə tərəvəzin daha uzun müddət təzə qalmasını təmin edir.