Tibbi və psixoloji pozğunluqlar yuxuya gedə bilməmənin və ya tez-tez oyanmanın ən böyük səbəblərindəndir. 

Araşdırmalar göstərir ki, istifadə etdiyimiz bəzi qidalar yuxu keyfiyytinə təsir edir. Belə qidaları gecələr istehlak etdikdə yuxu pozğunluğu baş verə bilir.

 Foodinfo.az gecələr yuxunuzu ərşə çəkən qidaları təqdim edir:

NANƏ

Yatmadan əvvəl istehlak edildikdə yuxusuzluğa səbəb olan ilk qida nanədir. Yeməkdən sonra nəfəsinizi təravətləndirmək üçün ağzınıza saqqız atmağı və ya əsəblərinizi sakitləşdirmək üçün nanə çayı içməyə öyrəşmisinizsə, uzun və yuxusuz bir gecənin içindəsiniz deməkir. Nanə zərərsiz görünsə də, yatmazdan bir neçə saat əvvəl onu istehlak etmək mədə yanmasına və gecəni narahat keçirməyinizə səbəb ola bilər.

BROKOLİ

Bəzi insanların sevgi ilə, bəzilərinin isə zorla yediyi brokoli də yuxusuzluğa səbəb olanlar arasındadır. Amma yatmazdan əvvəl brokoli yemək yuxuya getməyiniz üçün lazım olan vaxtı uzadır. Səbəbi olduqca sadədir. Brokoli, kələm, yerkökü və gül kələmində həzm sisteminizdə yavaş-yavaş hərəkət edən yüksək miqdarda həll olunmayan lif var. Belə ki, siz yatmazdan əvvəl bu tərəvəzlərdən çoxlu miqdarda yeyirsinizsə, yuxuya getməyə çalışarkən vücudunuz hələ də onları həzm etməyə çalışır. Bu da sağlam yuxunu gecikdirir. 

SOĞAN 

Soğanların tərkibində "fruktan" adlanan həll olunan liflər olduğu üçün qaz və mədə şişkinliyinə səbəb ola biləcəyi müəyyən edilmişdir. Yatağa yaxın istehlak edilən soğanın reflüyə səbəb ola biləcəyi də sübut edilmişdir. Odur ki, yatmazdan bir neçə saat əvvəl bol soğanla yeyilən şam yeməyi bütün gecə narahatlığa səbəb ola bilər. 

ÇƏRƏZLƏR 

Axşam qəlyanaltılarının bir nömrəli qəhrəmanı olan quru meyvələrdən uzaq durmaq daha yaxşıdır, çünki qoz-fındıq bədəninizin gecələr ehtiyac duymadığı təbii enerji növlərini təmin edir. Bu enerji verən qidaları səhərə saxlamaq daha yaxşı olardı.

EMAL EDİLMİŞ ƏT

Donuz və kolbasa kimi işlənmiş ətlərdə beyin stimulyatoru norepinefrin istehsal etməyə kömək edən yüksək səviyyədə tiramin var. Bundan əlavə, axşam saatlarında yavaş-yavaş həzm olunan bu qidaları yediyiniz zaman, çox güman ki, özünüzü narahat hiss edəcəksiniz və beyniniz və mədəniz gecələr hələ də işlədiyi üçün yata bilməyəcəksiniz.

ƏDVİYYATLI QİDALAR

Qırmızı bibər kimi bəzi ədviyyatlar maddələr mübadiləsini sürətləndirici xüsusiyyətlərinə görə arıqlamaq istəyənlər tərəfindən tez-tez istifadə edilir. Ancaq gecə yatmazdan əvvəl ədviyyat və ədviyyatlı qidalar qəbul etsəniz, mədə yanması ilə mübarizə aparan bir gecə keçirəcəksiniz.

DONDURMA 

Yatmazdan əvvəl bir kasa dondurma yesəniz, yaxşı yuxu almağı mütləq unudacaqsınız. Mədənizin dondurmanın tərkibindəki yüksək miqdarda yağları həzm etməsi üçün vaxt lazım olacaq, ona görə də yuxuya getməyiniz çətinləşəcək.

TÜND ŞOKOLAD 

Yatmadan öncə bir qədər tünd şokolad yemək beyninizi stimullaşdırmaq və maddələr mübadiləsini sürətləndirmək üçün yaxşı bir seçim ola bilər. Lakin tərkibində kofein olduğu üçün dərin yuxuya getməyinizə mane olacaq.

YAŞIL ÇAY 

Yaşıl çay digər bitki çaylarından fərqli olaraq gecə içildikdə rahatlıq hissi vermir. Tərkibində teobromin və teofilin kimi stimullaşdırıcı maddələr, eləcə də kofein olan yaşıl çay sürətli ürək döyüntüsü, qəfil əsəbilik və narahatlıq hissi yarada bilər. Belə ki, əgər kofeinə qarşı həssassınızsa, yuxu probleminiz varsa və ya sinir sisteminiz pozulursa, yatmazdan əvvəl yaşıl çay içməyi ağlınıza belə gətirməyin.

SU

Yatmazdan əvvəl və yatarkən içdiyiniz su davamlı olaraq tualetə getmək istəyi yaradacağı üçün gecə yuxusunda ifraz olunan hormonlar düzgün fəaliyyət göstərə bilmir, bu da sağlam olmayan yuxuya gətirib çıxarır. Bu səbəbdən su içmək istəyirsinizsə, mütəxəssislər onu yatmazdan 90 dəqiqə əvvəl içmək lazım olduğunu xəbərdar edir.