Foodinfo.az Qida Xəbərləri Portalı 28-ci Azərbaycan Beynəlxalq “Qida sənayesi” (“Interfood Azerbaijan 2023”) sərgisinin media tərəfdaşıdır.

Bu gün başlamış və mayın 19-dək davam edəcək beynəlxalq sərgi ilə bağlı tərəflər qarşılıqlı informasiya xidmətləri göstərirlər.

Foodinfo.az əvvəlki müvafiq sərgilərin də media tərəfdaşı olub.

Qeyd edək ki, Foodinfo.az Azərbaycanın ilk qida xəbərləri portalıdır. Foodinfo.az 2018-ci ilin yanvar ayında fəaliyyətə başlayıb. Burada sağlam və zərərli qidalar, diyeta qaydaları, marketlər, restoranlar, keyfiyyətə nəzarət və s. barədə özəl xəbərlər, məqalələr yer alır.

Foodinfo.az bu il Media Reyestrində (Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA Agentliyi) tərəfindən idarə olunan elektron informasiya ehtiyatı) qeydiyyatdan keçib.