
Ləzzətli ət yeməyi hazırlamaq istəyənlərin etdiyi bəzi təcrübələrin yeməyin dadını yaxşılaşdırmaqdansa, sağlamlığa zərər verdiyi açıqlanıb. Mütəxəssis aşpazların izah etdiyi bu səhvi etdikdə ət nə daha dadlı olur, nə də daha sağlam olur.
Foodinfo.az-ın məlumatına görə, qırmızı və ağ ətin bişirilməsi zamanı edilən müəyyən səhvlər yeməyin həm dadına, həm də sağlam quruluşuna xələl gətirir. Zülal qaynağı olan heyvani qidalar olan qırmızı və ağ əti bişirərkən dadına diqqət etdiyimiz qədər sağlam bişirmə üsullarını da bilməliyik.
Ət bişirərkən edilən bu səhv ətin yuyulmasıdır. Ətin yuyulması bakteriyaları yox etmək və ətin çirkli yerlərə toxunan hissələrini təmizləmək üçün həyata keçirilsə də, ətin bişməzdən əvvəl yuyulması əslində bakteriyaların azalmasına deyil, artmasına səbəb olur. Ət bişirərkən çoxları ya əti yuyur, ya da əvvəlcədən soyuq suda saxlayır. Ətin təmizlənməsi üçün istifadə edilən bu üsulun zərərli olmasının səbəbi suya toxunan ətdə bakteriya əmələ gəlməsinin sürətlənməsidir. Ət su ilə təmasda olduqda daha sürətli bakteriya çoxalması müşahidə olunur. Bu səbəbdən ətin bişirilərkən su ilə təmas etməməsinə diqqət etmək lazımdır. Bişirmə zamanı su ilə təmasda olan ət heç bir zərər vermir. Bu mərhələdə isti suda və ətdə bakteriya əmələ gəlməsi müşahidə edilmir.