Cəmi 15 dəqiqəyə mükəmməl bir desert hazırlaya bilərsiniz.

Fransız deserti olan profiterol hamı tərəfindən çox sevilir. Amma profiterolu istədiyimiz vaxt hazırlamaq çox çətin və vaxtaparan bir iş olur. Saxta profiterol isə inanılmaz dərəcədə praktik və ləzzətli bir desertdir.

 Foodinfo.az yalançı profiterol hazırlamaq üçün lazım olan ərzaqları təqdim edir:

1 paket pişik dili peçenye 

1 litr süd 

1 stəkan un 

1 stəkan şəkər tozu 

 2 paket toz çırpılmış krem (sadə) 

1 stəkan soyuq süd (qaymaq üçün) 

1/2 paket hazır şokolad sousu 

1,5 stəkan süd (şokolad sousu üçün) 

YALANÇI PROFİTEROL NECƏ HAZIRLANIR? 

Süd, un və şəkər tozunu qazana qoyun və yaxşı qarışdırın. Sonra ocaqda pudinqi qatılaşana qədər bişirin. Pudinqin üst hissəsində qabıq əmələ gəlməsinin qarşısını almaq üçün onu streçlə örtün və otaq temperaturunda 15-20 dəqiqə belə saxlayın. 

Bir stəkan soyuq süd və 2 paket qaymağı mikserin köməyi ilə çalın. Soyudulmuş pudinqin içinə çırpılmış krem əlavə edərək mikser köməyi ilə qarışdırmağa davam edin. Bu vaxt pişik dillərini 3 və ya 4 hissəyə bölün. Peçenyeləri hissə-hissə pudinqə əlavə edin. Hazırladığınız qarışığı qaba qoyduqdan sonra yaxşıca hamarlayın. 

Hazır şokolad sousunu 1,5 stəkan südlə qarışdırıb qaynana qədər bişirin. Şokoladlı sousu pudinqin üzərinə tökdükdən sonra spatula ilə hamarlayın. Desertinizi gecə soyuducuda saxladıqdan sonra yeyə bilərsiniz.