İstənilən salata əlavə edilən souslar ayrı-ayrı maddələri birləşdirən son toxunuşdur.

Salat sousu əlavə inqrediyent hesab olunur, lakin onsuz bir çox yeməkləri təsəvvür etmək çətindir. Bunun təsiri o qədər böyükdür ki, sous həm yeməyi yaxşılaşdıra, həm də əksinə, ən maraqlı kulinariya ideyasını məhv edə bilər.

Lakin təqdim edəcəyimiz variantın müstət nəticə verəcəyinə dair təcrübəli aşpazlar arasında şübhə yoxdur.

Lazım olan ərzaqlar:

200 q zeytun yağı;
1 ç.q bal;
1 x.q. Fransa xardalı;
1 x.q. limon suyu;
2 diş sarımsaq;
duz və ədviyyatlar.

Hazırlanma qaydası:

1. Kiçik bir qaba yağ tökülür. Bal, xardal, limon suyu əlavə edilir.

2. Sarımsaq preslə əzilir və qalan maddələrlə qarışdırılır.

3. Sonra qarışıma duz-istiot və zövqə görə ədviyyatlar (məsələn, qurudulmuş və ya təzə oregano) qatılır.

4. Alınan sous yaxşıca qarışdırıldıqdan sonra salata əlavə olunur.

Məsləhət:

Sous artıq qaldıqda onu bankaya töküb 3 günədək soyuducuda saxlamaq olar. Bu səbəbdən bəzi aşpazlar yaxın zamanda digər salatlar da hazırlamağı planlaşdırdıqda sözügedən sousdan lazım olan miqdardan bir az artıq hazırlayırlar.

Leyla