Bu gün orqanik olaraq satılan bir çox məhsul saxta ola bilər. Bu məhsullardan biri də süfrəmizin vazkeçilməzi olan kərə yağıdır. Görünüşü və qoxusu ilə təbii olduğunu düşünsəniz belə, kərə yağının həqiqətən təbii olub olmadığını anlamaq üçün bəzi testlərdən keçmək lazımdır. Əks halda, bunu başa düşmək mümkün deyil.
Foodinfo.az xəbər verir ki, bəzi xırda detallara diqqət yetirməyiniz bəs edir ki, aldığınız kərə yağının orqanik olub olmadığını anlayasınız.
Bu hiylələr sayəsində siz kərə yağının keyfiyyəti və təbiiliyi haqqında məlumat əldə edə bilərsiniz.
Kərə yağının təbii olub olmadığını anlamaq üçün nəzərə alınacaq ən əsas element onun rəngini yoxlamaq olacaq. Keyfiyyətli və təbii yağın sarı olması fikri ən çox yayılmış səhvlərdən biridir. Bazarlardakı kərə yağının qızılı sarı rəngində olması onun tərkibində əlavələrin bolluğundan xəbər verir.
Keyfiyyətli kərə yağının digər mühüm göstəricisi onun qoxusudur. Əgər təkcə paketin iyini hiss edirsinizsə və heç bir qoxu yoxdursa, kərə yağı saxta ola bilər. Təbii kərə yağında isə qoxu çox olur.
Kərə yağı otaq temperaturunda yayıla bilən bir tutarlılığa gəlirsə, onun təbii olduğunu düşünə bilərsiniz. Digər tərəfdən tavada əridilən zaman çıxan köpüklər kərə yağının orqanik olduğunu göstərən mühüm detallar arasındadır.
Təbiiliyini yoxlamaq üçün bir parça kərə yağı götürüb 1 stəkan qaynar suya atın. Kərə yağı az-az əriyirsə, təbii sayılmalıdır. Əgər suda parçalanaraq əriyirsə, o zaman kərə yağı saxta hesab edilməlidir. Bu növ qidaları alarkən etibarlı istehsalçıları və satıcıları seçmək vacibdir.