Bəzi qidalar tez aclıq hissi yarada bilər. Turş tərəvəz və meyvələr bu siyahıya daxildir.

 Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Mixail Ginzburq danışıb.

Onun sözlərinə görə, turş tərəvəz və meyvələrin həcmi var, onlardan bir növ enerji almaq olar, lakin sırf turş olduqları üçün orqanik turşular mədəni qıcıqlandırır, onun şirəsini artırır və buna görə də aclıq hissi yaranır.

Alkoqol da bizi soyuducuya "baş çəkməyə" vadar edir. Spirtli içkilərdən istifadə edildikdə hüceyrə membranlarında məsamələr genişlənir və qandakı qlükoza ora yığılır. Nəticədə, insan atışdırmalar edir, lakin doya bilmir.

Şirin yeməklər də "özlərinə dost axtarır". Ginzburq izah edib ki, bu halda qlükoza səviyyəsi sürətlə yüksəlir, çoxlu insulin ifraz olunur və qanda şəkər düşür, buna görə də insan yenidən nə isə yemək istəyir.