Adətən xanımlar yeməyə bolqar bibəri qatarkən tum hissəsini atırlar. Lakin təcrübəli aşpazlar tərəvəzin bu hissəsindən dadlı ədviyyat hazırlayırlar.

Bunun üçün bibərlərin tum olan hissəsini yığıb bir neçə gün ərzində qurudun, daha sonra qəhvə dəyirmanı və ya mətbəx kombaynı vasitəsilə üyüdüb toz halına salın. Ədviyyatı bu halda yeməklərə əlavə edə bilərsiniz, lakin mütəxəssislər mağazadan alınmış, üyüdülmüş quru bibərlə qarışdırmağı məsləhət görürlər.

Eyni üsulla istənilən bibərdən ədviyyat hazırlaya bilərsiniz. Aşpazlar qeyd edirlər ki, evdə hazırlanmış ədviyyat mağazadan alınandan qat-qat yaxşıdır.

Nərmin