Dietoloq Yelena Solomatina yayda yüngül duzlu xiyarın faydalarından danışıb.
Foodinfo.az bildirir ki, o, “Moskva 24” saytına müsahibəsində bildirib ki, azca duzlu xiyar yayda suyun və mineral duzların çatışmazlığını doldurmağa kömək edəcək.
Həkimin sözlərinə görə, yüngül duzlu xiyar hipotenziyalı xəstələrdə təzyiqin azalmasının qarşısını alacaq.
Solomatina onu da əlavə edib ki, belə xiyar həzmi yaxşılaşdırır və iştahı artırır.
Nərmin