Çörək insanın qidalanması üçün zəruri olan vacib və sağlam qidadır. Buğda və digər tam taxıl unlarından hazırlanan çörəyin qidada istifadəsi çox vacibdir. Taxıllardan əldə edilən qida məhsulları qida piramidasının əsasını təşkil edir.
Foodinfo.az xəbər verir ki, xalq arasında ağ çörək kimi tanınan çörək buğdanın kəpək və rüşeym hissələri ayrıldıqdan sonra qalan hissəsinin üyüdülməsi nəticəsində əldə edilən ağ undan hazırlanır. Buğda taxılının lif və vitamin tərkibi əsasən kəpək və rüşeym hissələrində olduğu üçün ağ çörək tam buğda çörəyi və kəpək çörəyi ilə müqayisədə qida və lif baxımından daha zəifdir. Qan şəkərini daha tez yüksəldən və toxluq hissi uzun sürməyən karbohidrat mənbəyidir. Buna görə də balanslaşdırılmış şəkildə istehlak edilməlidi
r.