Bütün dünyada ən çox saxtalaşdırılan məhsullardan biri süd məhsullarıdır. Süd məhsulları yalnız süddən hazırlanmalıdır. Lakin bəzi istehsalçılar məhsulların qiymətini azaltmaq və daha çox gəlir əldə etmək üçün onlara bitki yağları və ən pis halda transgen yağlarını əlavə edirlər. Saglamolun.az Ukrayna KİV-lərinə istinadla təbii pendiri saxta pendirdən ayırmaq üsullarını sizə təqdim edir. Pendir somelyesi (pendir üzrə mütəxəssis) Denis Priyməqi bizi bu üsulları ilə tanış edir. 1. 1 kq pendirin hazırlanması üçün 10 l süd lazımdır. Yəni pendirin qiyməti ən azından 10 l südün qiymətindən aşağı ola bilmz. 2. Pendiri 1 gün ərzində ev temperaturunda saxladıqda o quruyur və onun üzərində kif əmələ gəlməyə başlayır. 3. Ev temperaturunda bir az saxladıqdan sonra təbii pendirin üzərində piy, saxta pendirin üzərində su çıxır. 4. Pendiri ovucunuzda sıxın.  Təbii pendir ovxalanır, süni pendir isə plastilin kimi istənilən forma alır. 5. Pendirin qiymətini azaltmaq üçün ona nişasta əlavə oluna bilər. Nişastanın olub-olmadığını təyin etmək üçün pendirin üzərinə bir neçə damcı yod tökün. Pendir göyəribsə, bu o deməkdir ki, onun tərkibində nişasta var.